Aygün Kəzımova və Aleyna Tilki Bakıdakı Dünya Mini-Futbol Çempionatı açılışında çıxış edəcək - Biletlər satışda
Bakıda keçiriləcək Dünya Mini-Futbol Çempionatının biletləri satışa çıxıb.

Daylinews-az.com xəbər verir ki, bu barədə Azərbaycan Mini-Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Azarkeşlər, iticket.az saytında və şəhər üzrə kassalardan çempionata aid biletləri əldə edə bilərlər. Bir günlük biletlərin qiyməti 10 ilə 50 manat arasında dəyişir. Bileti alan azarkeşlər, həmin gündə keçiriləcək bütün oyunları izləyə biləcəklər. Oyunlar Milli Gimnastika Arenasında baş tutacaq.

Açılış mərasimi və məşhurların çıxışı

2025-ci il Dünya Mini-Futbol Çempionatının rəsmi açılış mərasimi 21 mayda keçiriləcək. Tədbirdə lazer və mapping şouları təşkil olunacaq. Açılış mərasimində tanınmış müğənnilər xalq artisti Aygün Kəzımova və Türkiyənin məşhur müğənnisi Aleyna Tilki çıxış edəcək. Qeyd edək ki, açılış mərasimi 21:00-da başlayacaq. https://daylinews-az.com/aygun-kezimova-ve-aleyna-tilki-bakidaki-dunya-mini-futbol-cempionati-acilisinda-cixis-edecek-biletler-satisda/

Comments

Popular posts from this blog