

Böyük Britaniya şahzadəsi Harri Ukraynaya gözlənilməz səfər edib və səfər çərçivəsində Lvov şəhərinə baş çəkib.
Daylinews-Az xəbər verir ki, bu haqda məlumat ilk olaraq The Telegraph nəşrində dərc olunub. Mənbənin bildirdiyinə görə, Sasseks hersoqu müharibədə yaralanan hərbçilərin və mülki şəxslərin müalicəsi ilə məşğul olan ortopedik klinikada olub.
Səfər ictimaiyyətə yalnız şahzadə ölkəni tərk etdikdən sonra məlum olub. Nəşr tərəfindən yayılan fotolarda Harri fondunun — Invictus Games — loqosu olan pencək geyinmiş halda ukraynalı veteranlarla səmimi söhbət edərkən əks olunub.
Xatırladaq ki, bu, son dövrlərdə Britaniya kral ailəsinin Ukraynaya ikinci ziyarətidir. Bundan əvvəl, 2024-cü ilin aprelində Edinburq hersoginyası Sofi Kiyevə səfər etmişdi. https://daylinews-az.com/?p=5889
Comments
Post a Comment