UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır
Bu gün Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. İlk oyun günündə iki maraqlı qarşılaşma baş tutacaq.

London təmsilçisi "Arsenal" öz meydanında Madridin "Real" klubunu qəbul edəcək. Günün digər matçında Almaniyanın nəhəngi "Bavariya" İtaliya təmsilçisi "İnter"lə qarşılaşacaq. Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları 9 aprel tarixinə qədər davam edəcək. Cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək və yarımfinal mərhələsinin iştirakçıları məlum olacaq.

1/4 final mərhələsinin oyun cədvəli (8 aprel):

- 23:00 – "Arsenal" (İngiltərə) – "Real Madrid" (İspaniya)

- 23:00 – "Bavariya" (Almaniya) – "İnter" (İtaliya) https://daylinews-az.com/?p=5803

Comments

Popular posts from this blog