Bakıda π-Puppid ulduz yağışını izləmək mümkün olacaq
Daylinews-Az xəbər verir ki, 15–28 aprel tarixləri arasında Yer kürəsinin sakinləri nadir astronomik hadisəni – π-Puppid meteorit axınını müşahidə edə biləcəklər. Bu ulduz yağışının pik nöqtəsi 23 aprelə təsadüf edir.

Bu meteorit axını 1972-ci ildə kəşf edilmiş 26P/Grigg–Skjellerup adlı kometa ilə əlaqələndirilir. Axın adını isə onun radian nöqtəsinin yerləşdiyi Puppis (Korma) bürcündən alıb. Yəni, müşahidə zamanı meteoritlərin sanki bu bürcdən gəldiyi təəssüratı yaranır.

Tarixdə π-Puppid: ən parlaq illər və yenidən aktivlik ehtimalı

- 1977 və 1982-ci illərdə π-Puppid axını özünün ən yüksək aktivliyini göstərmişdi — saatda təxminən 40 meteorit müşahidə olunmuşdu.

- 1983-cü ildə bu göstərici 13 meteoritə düşmüş, sonrakı illərdə isə axın fasilələrlə zəif aktivliklə müşahidə olunub.

- Bu il isə astronomlar aktivliyin artacağını istisna etmir.

Meteoritlərin Yer atmosferinə daxil olarkən sürəti təxminən 18 km/saniyə təşkil edəcək. Bu toz hissəcikləri atmosferdə yanaraq bizə “axan ulduzlar” kimi görünən parlaq işıqlar yaradırlar.

Bakı sakinləri üçün müşahidə şansı

π-Puppid axını Bakı sakinləri tərəfindən 19:30–20:00 aralığında, cənub-qərb istiqamətində, üfüq xəttinə yaxın yüksəklikdə müşahidə edilə bilər. Lakin qeyd olunur ki, bu ulduz yağışı ən yaxşı Cənub yarımkürəsində görünəcək.

Meteorit axınları — Yer kürəsinin kometanın arxasında buraxdığı toz və buz hissəcikləri buluduna daxil olması nəticəsində yaranır. Həmin hissəciklər atmosferdə yanaraq gözqamaşdırıcı ulduz yağışı effektini yaradır. https://daylinews-az.com/bakida-%cf%80-puppid-ulduz-yagisini-izlemek-mumkun-olacaq/

Comments

Popular posts from this blog