

Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, 2025-ci ilin mart ayında əvvəlki ayla müqayisədə Azərbaycanda bir sıra ərzaq və qeyri-ərzaq məhsullarında qiymət dəyişiklikləri qeydə alınıb.
Ərzaq məhsulları üzrə ən çox bahalaşma aşağıdakı qruplarda müşahidə olunub:
- Balıq və balıq məhsulları
- Süd və süd məhsulları
- Süfrə marqarini və kərə yağı
- Günəbaxan və qarğıdalı yağı
- Sitrus meyvələri (limon, portağal), banan, alma, armud, kivi
- Qoz, fındıq
- Kələm, brokoli, pomidor, şirin bibər, badımcan, çuğundur, kök, sarımsaq, soğan, kartof
- Qəhvə, kakao
- Qazlı və qazsız içkilər, siqaret
Eyni zamanda qiymətlərin aşağı düşdüyü məhsullar da olub:
- Un
- Yumurta
- Göyərti
- Xiyar
Qeyri-ərzaq məhsulları üzrə isə mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1%, yanvar-mart aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 102.7% təşkil edib.
Bahalaşan qeyri-ərzaq məhsulları arasında bunlar yer alır:
- Kərpic və sement
- Ortopedik döşəklər
- Mebel
- Zinət əşyaları
Əvəzində, məişət texnikası, mobil telefonlar və televizorların qiymətlərində azalma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişiklik baş verməyib. https://daylinews-az.com/azerbaycanda-bahalasan-ve-ucuzlasan-mehsullarin-siyahisi-aciqlanib/
Comments
Post a Comment