Məşhur aşpaz Con Qreqori-Smit Bakıya səfər edib
Dünyaca tanınmış britaniyalı şef-aşpaz və kulinariya yazıçısı Con Qreqori-Smit hazırda Bakıdadır. Bu barədə Daylinews-Az xəbər verir.

Aşpazın Azərbaycana səfəri sosial şəbəkələrdə maraqla qarşılanıb. Tanınmış azərbaycanlı bloqer Adnan Hüseyn onunla çəkdirdiyi fotonu Instagram səhifəsində paylaşıb.

Qeyd edək ki, Con Qreqori-Smit dünyanın müxtəlif ölkələrinə səyahət edərək milli mətbəxlərlə tanış olur və ilham axtarır. O, Azərbaycanda xəngəl hazırladığı video ilə məşhurlaşmışdı. Aşpazın həmin paylaşımı ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanmış və geniş şəkildə yayılmışdı. https://daylinews-az.com/meshur-aspaz-con-qreqori-smit-bakiya-sefer-edib/

Comments

Popular posts from this blog