Tbilisi-Bakı sərnişin qatarlarının bərpası ilə bağlı danışıqlar aparılır
Gürcüstan və Azərbaycan arasında sərnişin qatarlarının hərəkətinin yenidən bərpası istiqamətində fəal danışıqlar gedir. Daylinews-Az xəbər verir ki, bu barədə Gürcüstanın "Gürcü Dəmir Yolları" şirkəti BMG media platformasının sorğusuna cavab olaraq məlumat yayıb. Şirkətin açıqlamasına görə, tərəflər — Azərbaycan və Gürcüstan — Tbilisi ilə Bakı arasında sərnişin daşımalarının bərpası istiqamətində texniki və logistika məsələlərini razılaşdırmaq üçün intensiv şəkildə əməkdaşlıq edirlər.

Açıqlamada qeyd olunub:"Hal-hazırda texniki detallarla bağlı razılaşdırma prosesi davam edir. Dəmir yolu qurumları və digər aidiyyəti dövlət qurumları arasında danışıqlar aparılır. Sərnişin daşımalarının konkret olaraq nə zaman bərpa olunacağı daha sonra açıqlanacaq."

Xatırladaq ki, Bakı-Tbilisi sərnişin qatarlarının hərəkəti 2020-ci ilin martında COVID-19 pandemiyası səbəbilə dayandırılmışdı. https://daylinews-az.com/tbilisi-baki-sernisin-qatarlarinin-berpasi-ile-bagli-danisiqlar-aparilir/

Comments

Popular posts from this blog