

Hindistan və Pakistan arasında Cammu və Kəşmir bölgəsində gərginlik silahlı toqquşmaya çevrilib. Artıq iki nüvə silahına malik ölkə arasında faktiki hərbi əməliyyatlar başladığı bildirilir.
Daylinews-az.com xəbər verir ki, “Times of India” nəşri döyüşlərin Tutmari Qali, Rampur, Uri, Gurez və Sanderbani bölgələrində başladığını, son olaraq isə Punch rayonuna da yayılmasını qeyd edib.
Atəşkəs 5 gündür pozulur
Hindistan tərəfi Pakistanı 5 gündür ardıcıl olaraq atəşkəsi pozmaqda ittiham edir. Təmas xətti boyunca artan atışmalar iki ölkə arasında onsuz da gərgin olan münasibətləri kritik həddə çatdırıb.
Mudi ordunu sərbəst buraxdı
Hindistanın baş naziri Narendra Modi, 22 aprel tarixində Pahalgam şəhərində baş vermiş və 26 nəfərin həyatına son qoymuş terror aktından sonra silahlı qüvvələrə "cavab zərbəsi" üçün tam sərbəstlik verib.
“Qərarlıyıq: terrorizmə sarsıdıcı zərbə endiriləcək”, – deyə Mudi bəyan edib.
Pakistan yüksək hazırlıq vəziyyətində
Pakistanın müdafiə naziri Xavadja Asif, 28 aprel tarixində verdiyi açıqlamada, Hindistanın "qaçılmaz hərbi müdaxiləsi" barədə xəbərdarlıq etmişdi. Hazırda ölkədə artırılmış döyüş hazırlığı rejimi elan olunub.
Hindistan BrahMos raketlərini sınaqdan keçirib
Qeyd edək ki, Hindistan hərbi-dəniz qüvvələri Pakistan ərazisinə mümkün zərbəni sınaqdan keçirmək məqsədilə BrahMos qanadlı raketlərini buraxıb və mümkün hədəflərə qarşı məşq atışları həyata keçirib.
Regionda artan hərbi aktivlik və sərhəddəki silahlı toqquşmalar növbəti Hindistan-Pakistan müharibəsinin başlaya biləcəyi ilə bağlı ciddi narahatlıq doğurur. https://daylinews-az.com/?p=6349
Comments
Post a Comment