

İlk dəfə olaraq Almaniyanın sağçı populist siyasi gücü – “Almaniya üçün Alternativ” (AfD) partiyası ölkə daxilində keçirilən reytinq sorğularında lider mövqeyini ələ keçirib.
Daylinews-az-ın Die Welt-ə istinadla verdiyi xəbərə görə, Ipsos İctimai Rəyi Araşdırma İnstitutunun apardığı son sorğuya əsasən, bazar günü Bundestaqa seçkilər keçirilsəydi, seçicilərin 25 faizi AfD-yə səs verərdi. İkinci yeri 24% dəstəklə Xristian Demokratlar və Xristian Sosial İttifaqı (CDU/CSU) bloku tutardı.
DW-nin məlumatına görə, 2022-ci ilin mart ayından etibarən AfD Almaniya Federal Konstitusiyanı Qoruma İdarəsinin rəsmi müşahidəsi altındadır. Partiyanın gənclər qanadı — “Gənc Alternativ” (Junge Alternative) ekstremist təşkilat kimi tanınıb və son konqresdə onun ləğvinə qərar verilib. Yeni qurumun “Vətənpərvər Gənclik” (Patriotische Jugend) adı altında yaradılması təklif olunub, lakin ad hələ rəsmiləşdirilməyib.
AfD tez-tez nasist rejiminə bəraət qazandırmaq cəhdlərinə görə sərt tənqid olunur. Partiyanın tanınmış simalarından biri olan Björn Höcke nasist keçmişinə münasibətdə “180 dərəcəlik dönüş”ə çağırıb. Digər keçmiş həmsədr Aleksandr Qauland isə nasist dövrünü “minillik uğurlu Almaniya tarixində yalnız bir ləkə” adlandırıb. https://daylinews-az.com/almaniyada-almaniya-ucun-alternativ-partiyasi-reytinqde-birinci-yerdedir/
Comments
Post a Comment