Qvardiola
İtaliyanın məşhur futbol klubu "Milan" yaxın aylarda baş məşqçi postunda dəyişiklik edə bilər. İddialara görə, komandanı gələcəkdə Xosep Qvardiola çalışdıra bilər.

Daylinews-az xəbər verir ki, bu barədə La Gazzetta dello Sport nəşri məlumat yayıb. Mənbənin məlumatına əsasən, hazırda "Mançester Siti"yə rəhbərlik edən ispan mütəxəssis "Milan"a yalnız bir halda keçə bilər – əgər klubun yeni idman direktoru postuna Fabio Paratiçi təyin olunarsa. Qeyd edilir ki, Qvardiola ilə Paratiçi arasında uzunmüddətli və dost münasibətlər mövcuddur.

Eyni zamanda, İtaliya təmsilçisinin məşqçi postuna digər namizədin də adı çəkilir. Hazırda Fransanın "Marsel" klubunu çalışdıran Roberto De Dzerbi də "Milan"ın gələcək planlarında yer ala bilər.

Hazırda "Milan" klubuna Serjiu Konseysau rəhbərlik edir. Lakin son dövrlərdə onun mümkün gedişi ilə bağlı şayiələr artıb və rəhbərlik artıq alternativ variantlar üzərində düşünür. https://daylinews-az.com/?p=5725

Comments

Popular posts from this blog