Konstitusiya Məhkəməsi hakimləri üçün yaş həddi artırıldı
Milli Məclis Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edib. Yeni düzəlişlərə əsasən, hakimlərin vəzifədə qalma yaşı 70-dən 75-ə yüksəldilib.

Daylinews-az xəbər verir ki, qəbul olunan dəyişikliklər “Konstitusiya Məhkəməsi haqqında” Qanuna əsasən, bundan sonra Konstitusiya Məhkəməsinin hakimləri 75 yaşadək vəzifədə qala biləcəklər.

Əgər hakim 75 yaşa çatdığı halda onun yerinə yeni təyinat baş verməyibsə, həmin şəxs səlahiyyətlərini müvəqqəti olaraq daha 6 ay müddətində davam etdirə bilər. Bu müddət ərzində yeni namizədin təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən, hakimlər 70 yaşa qədər vəzifədə qala bilərdi və yalnız xüsusi hallarda, yeni təyinat gecikərsə, onlar məhdud müddətə vəzifədə qala bilirdilər. Parlamentdə sözügedən qanun layihəsi üçüncü oxunuşda qəbul edilərək təsdiq olunub. https://daylinews-az.com/?p=5657

Comments

Popular posts from this blog