

Oskar mükafatlarının 100-cü yubiley mərasimində ilk dəfə olaraq "Ən Yaxşı Kaskadyor İşi" kateqoriyası təqdim ediləcək. Bu haqda ABŞ Kino Akademiyası rəsmi açıqlama yayıb.
Yeni nominasiyanın təqdimatı 2028-ci ildə keçiriləcək yubiley tədbirində baş tutacaq və 2027-ci ildə çəkilmiş filmləri əhatə edəcək. Qeyd edək ki, indiyə qədər kaskadyorların uğurları yalnız xüsusi mükafatlarla tanınırdı. Məsələn, 1967-ci ildə Yakima Kanutt və ya 2013-cü ildə Hal Needham belə şərəfləndirilmişdi.
Akademiyanın baş direktoru Bill Kramer və prezidenti Janet Yang vurğulayıblar ki, kaskadyor səhnələri filmlərin ayrılmaz hissəsidir və bu mütəxəssislərin texniki və yaradıcı töhfələri nəhayət ki, rəsmi olaraq dəyərləndiriləcək.
Yeni nominasiyanın meyarları və səsvermə qaydaları 2027-ci ildə açıqlanacaq. Bu təklif uzun illərdir müzakirə olunurdu və rejissor David Leitch (John Wick, Deadpool 2) kimi sabiq kaskadyorlar tərəfindən aktiv şəkildə dəstəklənirdi. Bundan əvvəl isə məlum olmuşdu ki, 98-ci Oskar mükafatları 2026-cı ilin 15 martında Los-Ancelesdəki Dolby teatrında keçiriləcək. https://daylinews-az.com/?p=5900
Comments
Post a Comment