

Paytaxtın Xətai rayonunda aparılan təmir işləri ilə əlaqədar 10 nömrəli marşrut üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik ediləcək. Daylinews-Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.
Bildirilib ki, Süleyman Vəzirov küçəsində (Mərkəzi bulvardan Babək prospektinə qədər olan hissə) aparılan təmir səbəbindən 10 saylı marşrut avtobusları müvəqqəti olaraq Mərkəzi bulvar küçəsi ilə hərəkət edəcək.
Yol işləri başa çatdıqdan sonra marşrutun əvvəlki sxemi bərpa olunacaq. https://daylinews-az.com/?p=6358
Comments
Post a Comment