

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinə yeni sərnişin avtobusları gətirilib. Bu barədə Daylinews-Az məlumat yayıb.
Avtobusların 30 nömrəli marşrut xətti üzrə hərəkət edəcəyi bildirilsə də, hələlik onların xəttə buraxılmadığı və dəqiq marşrut istiqamətinin müəyyənləşdirilmədiyi açıqlanıb.
Bu məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov təsdiqləyib. O qeyd edib ki, təqdim olunan avtobuslar Sumqayıtda ictimai nəqliyyatın yenilənməsi çərçivəsində gətirilib.
“Sumqayıtda marşrut xətlərinin təhlili aparılır. Məqsəd sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından daha yüksək standartlara uyğunlaşdırılmasıdır. Bu istiqamətdə köhnə və istismara yararsız nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi ön plandadır,” – deyə Orucov bildirib.
O əlavə edib ki, aparılan yenilənmə prosesi çərçivəsində daşıyıcı şirkətlər yeni nəqliyyat vasitələrini xaricdən sifariş edirlər. https://daylinews-az.com/?p=5814
Comments
Post a Comment