

Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa Cüdo Kuboku başa çatıb. Azərbaycan milli komandası bu nüfuzlu turnirdə parlaq nəticə göstərərək ümumi medal sıralamasında birinci yeri tutub.
İkinci gün Azərbaycan üçün məhsuldar keçdi:
Azərbaycan cüdoçuları ikinci yarış günündə 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.
- 90 kq çəki dərəcəsində Murad Fətəyev Tokio Olimpiadasının gümüş medalçısı Eduard Trippeli (Almaniya) finalda məğlub edərək qızıl medal qazandı.
- Eyni çəki dərəcəsində Vüqar Talıbov isə bürünc medalla kifayətləndi.
- 81 kq-da çıxış edən Kərim Allahverdiyev gümüş medala sahib oldu.
- Qadınların 52 kq çəki dərəcəsində isə final tamamilə Azərbaycan cüdoçularının iştirakı ilə keçdi – Aydan Vəliyeva qızıl, Gültac Məmmədəliyeva isə gümüş medal qazandılar.
- 57 kq çəki dərəcəsində Fidan Əlizadə bütün görüşlərdə qələbə qazanaraq millimizə daha bir qızıl medal gətirdi.
Birinci yarış gününün nəticələri:
- Kəmrən Süleymanov (73 kq) və Nərmin Əmirli (78 kq) ilk gündə bürünc medallarla yadda qaldılar.
Ümumi nəticə:
Azərbaycan yığması 3 qızıl, 2 gümüş və 3 bürünc medal olmaqla, 39 ölkə arasında medal sayına görə Avropa Kubokunun qalibi olub. https://daylinews-az.com/azerbaycan-cudoculari-avropa-kubokunda-medal-sayina-gore-lider-oldular/
Comments
Post a Comment