Təhlükəsizlik yoxsa imic? Stüardessaların qırmızı dodaq boyasının sirri açıldı
20 illik təcrübəyə malik sabiq stüardessa Hizer Pul uçuş zamanı bəzək detallarının düşündüyümüzdən daha vacib rol oynaya biləcəyini açıqlayıb. Onun sözlərinə görə, qırmızı dodaq boyası – sadəcə gözəllik elementi deyil, həm də təhlükəsizlik vasitəsidir.

Qırmızı pomada niyə bu qədər vacibdir?

Daylinews-az.com xəbər verir ki, LadBible nəşrində yayımlanan məlumatlara əsasən, Pul öz "Cruising Attitude" adlı memuarlarında fövqəladə hallarda səs-küy və panika səbəbindən sərnişinlərin stüardessaları eşitməyə bilər. Bu zaman dodaq hərəkətlərini oxumaq önəmli olur. Qırmızı pomada isə dodaqları daha aydın və fərqlənən edir, vizual təlimatların aydın ötürülməsinə imkan yaradır. “Pomada – bu ciddi məsələdir”, – deyə Pul vurğulayıb.

Bütün stüardessalar razıdırmı?

Lakin bu fikir hamı tərəfindən qəbul edilmir. Təcrübəli bələdçi Kristina Ekşteyn-Nizkanın fikrincə, bu sadəcə stüardessa obrazının bir hissəsidir, təhlükəsizliklə əlaqəsi azdır. Onun dediyinə görə, Emirates kimi hava yollarında qırmızı dodaq boyası hətta makiyaj kurslarında öyrədilir və dress-kodun bir hissəsidir.

Digər stüardessalar, məsələn, Sidni Anizitin, deyirlər ki, onlara heç vaxt bu pomadanın təhlükəsizlik məqsədi ilə istifadə edilməsi barədə təlimat verilməyib. Onlara görə bu sadəcə stil məsələsidir, lakin xarici görünüşün hər detalı – saç rəngi, manikür, hətta çanta forması belə – ciddi nəzarət altındadır.

Rəsmi qaydalar nə deyir?

Amerikalı bələdçi Kət Kamalani isə bildirir ki, hər bir vizual element – dodaq boyasından tutmuş saç düzümünə qədər – hava yolları tərəfindən tənzimlənir.

Nəticə olaraq, qırmızı dodaq boyası həm imic, həm tərz, həm də bəzi hallarda təhlükəsizlik vasitəsi ola bilər. Amma bir məsələ aydındır – o, artıq illərdir peşəkarlığın və cazibədarlığın simvoluna çevrilib. https://daylinews-az.com/?p=7069

Comments

Popular posts from this blog