İlon Mask ABŞ hökumətindən gedir – Tramp vidalaşma tarixini açıqladı
ABŞ prezidenti Donald Tramp, məşhur sahibkar İlon Maskın hökumətdən rəsmi şəkildə ayrılacağını təsdiqləyib. Sport-az.com xəbər verir ki, bu barədə dövlət başçısı Truth Social sosial şəbəkəsində paylaşım edib.

Maskın DOGE-dəki son günü: 30 may

“Sabah (30 may – red.) saat 21:30-da (Bakı vaxtı ilə eyni) Oval kabinetdə İlon Maskla mətbuat konfransı keçirəcəyəm. Bu, onun DOGE rəhbəri kimi son iş günü olacaq. Ağ Evdə görüşənədək”, – deyə Tramp yazıb.

Qeyd edək ki, Maskın ABŞ Hökumət Effektivliyi Departamentinə (DOGE) rəhbər təyin olunması Trampın prezidentliyə qayıdışından sonra verdiyi ən səs-küylü qərarlardan biri olmuşdu. Tesla və SpaceX-in qurucusu kimi tanınan Mask hökumət aparatında islahatlar və xərclərin azaldılması məqsədilə vəzifəyə gətirilmişdi.

Radikal ideyalar, ziddiyyətli reaksiyalar

Vəzifədə olduğu müddətdə Mask hökumət strukturlarında səmərəliliyi artırmaq üçün bir sıra radikal təkliflərlə çıxış edib. Onun təklifləri siyasi dairələrdə həm dəstək, həm də ciddi tənqid doğurub.

Mask Trampın çevrəsində qalacaq

Rəsmi vəzifədən ayrılmasına baxmayaraq, İlon Maskın Tramp administrasiyasında təsirli fiqur olaraq qalacağı vurğulanır. ABŞ ticarət naziri Hovard Latnikin sözlərinə görə, Mask Ağ Evdən getsə də, Trampa yaxın çevrədəki nüfuzunu itirməyəcək:

“Onlar əla dostdurlar. İlon hələ də prezidentə çox, çox yaxındır”, – deyə Latnik bildirib. https://daylinews-az.com/?p=7104

Comments

Popular posts from this blog