

Bakıda keçirilən mini-futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin ilk oyun günü başa çatdı. Daylinews-az.com-un məlumatına görə, keçirilən dörd qarşılaşma nəticəsində 1/4 finala vəsiqə qazanan ilk komandalar müəyyənləşib.
1/8 finalın nəticələri – 27 may:
- İngiltərə – Bolqarıstan – 2:2 (penaltilər: 3:1)
- Portuqaliya – Macarıstan – 2:3
- Azərbaycan – Rumıniya – 1:1 (penaltilər: 2:1)
- Fransa – Mavritaniya – 0:1
1/4 final cütlükləri – 29 may:
- İngiltərə – Azərbaycan
- Macarıstan – Mavritaniya
Qeyd edək ki, mini-futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin digər dörd iştirakçısı bu gün keçiriləcək görüşlərdən sonra bəlli olacaq. Turnirin finalı isə 1 iyun tarixində baş tutacaq. https://daylinews-az.com/?p=7018
Comments
Post a Comment