

Lənkəran şəhərində yerləşən özəl uşaq bağçası Kaspi Kids-də tərbiyəçinin azyaşlıya qarşı fiziki zorakılıq etməsi sosial şəbəkələrdə ciddi rezonans doğurub.
Daylinews-az.com xəbər verir ki, bloqer Saleh Nəsirov hadisənin görüntülərini yayıb. Kadrlarda qadın tərbiyəçi uşağı başından vurur, nəticədə azyaşlının başından qan axır. Paylaşımda deyilir:"Neçə-neçə insan var ki, nə peşəsini, nə də uşaqları sevmir, amma bu sahədə çalışırlar. Hansı valideyn belə mənzərəyə dözər?"
DİN hadisəyə reaksiya verdi
Daylinews-az.com-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Lənkəran Regional Qrupunun Mətbuat Xidməti məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, hadisə ilə bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.
"Tərəflərin izahatı və ərizələri alınıb, azyaşlının tibbi ekspertizası təşkil olunub. Hüquqi tədbirlərin görülməsi təmin ediləcək", – deyə qurumdan bildirilib. İctimaiyyət arasında böyük narahatlıq doğuran bu hadisə tərbiyəçi nəzarətinin və uşaq hüquqlarının qorunması mexanizmlərinin yenidən gözdən keçirilməsinin vacibliyini gündəmə gətirib. https://daylinews-az.com/?p=7051
Comments
Post a Comment