

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə ölkəmizə rəsmi səfər edib. Daylinews-az.com-un məlumatına görə, Prezident Ərdoğanı daşıyan təyyarə Laçın Beynəlxalq Hava Limanında eniş edib. Qonağı Ankaranın Esenboğa hava limanında yola salanlar arasında Türkiyə vitse-prezidenti Cevdet Yılmaz, Prezident Administrasiyasının rəhbəri Hakkı Susmaz və Ankara valisi Vasip Şahin olub.
Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək görüş baş tutacaq. Liderlər iki ölkə arasında strateji əməkdaşlıq, regional təhlükəsizlik və qlobal proseslər barədə fikir mübadiləsi aparacaqlar.
Laçın Hava Limanı rəsmi açılır
Ərdoğan, həmçinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident İlham Əliyevlə birgə Laçın Beynəlxalq Hava Limanının rəsmi açılışında iştirak edəcək. Bununla yanaşı, 28 May – Müstəqillik Gününə həsr olunmuş mədəni tədbirə də qatılacaq. https://daylinews-az.com/erdogan-azerbaycanin-musteqillik-gunu-munasibetile-lacina-gelib/
Comments
Post a Comment