

Bakının mərkəzində yerləşən tarixi binanın dam örtüyü uçub, nəticədə binada təhlükəli vəziyyət yaranıb.
Daylinews-az.comun “Xəzər Xəbər”ə istinadla yaydığı məlumata görə, Nəsimi rayonunda yerləşən bu yaşayış binasının vəziyyəti son günlər daha da pisləşib. Tavanın çökdüyü, pəncərələrin və döşəmələrin sıradan çıxdığı bildirilir. Sakinlər mənzillərində yaşamağın təhlükəli olduğunu deyirlər.
Problemin səbəbi
Binanın 2-ci mərtəbəsindəki su borularının illərdir çürük olması səbəbilə davamlı sızmalar baş verir. Sakinlərin sözlərinə görə, bina əvvəldən nasaz olub, lakin son vaxtlar çürümə və nəmişlik nəticəsində vəziyyət daha kritik hal alıb.
Rəsmi açıqlama
Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu bina 1906-cı ildə inşa edilib və tarixi abidə statusuna malikdir. Hazırda qəzalı vəziyyətdə olduğuna görə adi qaydada deyil, yalnız xüsusi layihə əsasında bərpa və təmir oluna bilər.
İcra hakimiyyəti təmir-bərpa işlərinin həyata keçirilməsi üçün bütün aidiyyəti qurumlara rəsmi müraciət etdiklərini də əlavə edib. https://daylinews-az.com/bakida-tarixi-binanin-dam-ortuyu-ucub-sakinler-caresiz-veziyyetdedir/
Comments
Post a Comment