Qusarda turistlərin iştirakı ilə baş verən qəzada xəsarət alanların sayı artıb
Qusar rayonunda turistləri daşıyan nəqliyyat vasitəsinin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların sayı 10 nəfərə yüksəlib.

Daylinews-az.comun verdiyi xəbərə əsasən, qəza zamanı turistləri daşıyan mikroavtobus başqa bir avtomobillə toqquşub. Nəticədə 5 Azərbaycan, 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərin hamısı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın ilkin təfərrüatları:

Hadisə Qusar-Şahdağ avtomobil yolunda, təxminən saat 16:40 radələrində baş verib. Hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində ilkin olaraq 6 nəfər – 4 Pakistan, 2 Azərbaycan vətəndaşı xəsarət almışdı.

Yaralıların vəziyyəti barədə hələlik ətraflı məlumat verilməsə də, hadisə ilə bağlı araşdırma başladılıb. Bildirilir ki, qəza turistlərin Şahdağ Turizm Mərkəzindən qayıtdıqları zaman baş verib. https://daylinews-az.com/qusarda-turistlerin-istiraki-ile-bas-veren-qezada-xesaret-alanlarin-sayi-artib/

Comments

Popular posts from this blog