Azərbaycanda Rusiya ilə bağlı bütün mədəni tədbirlər ləğv edildi – rəsmi siyahı açıqlanıb
Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hüquq-mühafizə orqanlarının nümayişkaranə şəkildə həyata keçirdiyi zorakılıq və qətl hadisələrindən sonra Azərbaycanda Rusiyaya bağlı mədəniyyət tədbirləri rəsmən ləğv olunub.

Daylinews-az.com xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyi yayıb. Bildirilib ki, baş verən hadisələr — xüsusilə də etnik mənsubiyyətə görə həyata keçirilmiş məqsədli və mühakiməsiz zorakılıqların son dövrlərdə sistematik xarakter alması nəzərə alınaraq, Rusiyanın dövlət və özəl müəssisələrinin Azərbaycanda keçirməyi planlaşdırdığı konsert, tamaşa, festival və digər tədbirlər ləğv edilib.

Qeyd edilib ki, tədbirlərə bilet almış vətəndaşlar müvafiq satış məntəqələrinə və ya onlayn platformalara müraciət etməklə biletlərini geri qaytara bilərlər.

iTicket.az tərəfindən ləğv edilən tədbirlərin tam siyahısı:

- Yumor Fest – 18.07.2025, Sea Breeze Resort

- Basta konserti – 30.08.2025, Sea Breeze Resort

- “Şelkunçuk” baleti – 11.10.2025, Heydər Əliyev Sarayı

- “Qu gölü” baleti – 11.10.2025, Heydər Əliyev Sarayı

- Sergey Bezrukovun konserti – 17.10.2025, Heydər Əliyev Sarayı

- “Romeo və Cülyetta” baleti – 12.10.2025, Heydər Əliyev Sarayı

- “Düyməçik” baleti – 12.10.2025, Heydər Əliyev Sarayı

- Yevgeni Sinyakovun stendapı – 01.11.2025, Opera Studiyası

- Leonid Aqutin və Anjelika Varumun konserti – 23.11.2025, Heydər Əliyev Sarayı

- “Master və Marqarita” Flamenko tamaşası – 20.12.2025, Opera Studiyası

- “Şelkunçuk” Flamenko baleti – 20–21.12.2025, Opera Studiyası

Hadisənin səbəbi

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların evlərinə reyd keçirib. Nəticədə iki nəfər öldürülüb, bir neçə nəfər isə saxlanılıb. Bu hadisə Azərbaycanda geniş narazılıqla qarşılanıb və hökumət səviyyəsində sərt reaksiya ilə nəticələnib. https://daylinews-az.com/?p=7837

Comments

Popular posts from this blog