Yeniyetmələr arasında
Son günlərdə uşaqlar arasında parvovirus infeksiyasının yayılması müşahidə olunur. Daylinews-az.com-un məlumatına əsasən, bir çox valideynlər bu virusun qızdırma və səpgilərlə özünü göstərdiyini bildirirlər.

İki yaş yarımlıq uşağı olan bir ana üç gündür övladında bu virusun simptomlarının görüldüyünü deyib. Onun sözlərinə görə, əvvəlcə uşağın üzündə qızartılar əmələ gəlib, sonra bu səpgilər qarın hissəsindən bel nahiyəsinə qədər yayılıb və hərarət artmağa başlayıb:

"Birinci allergiya olduğunu düşündük, lakin sonra uşağın üz-gözü şişdi. Müayinə zamanı '5-ci xəstəlik' adlandırılan parvovirusa yoluxma diaqnozu qoyuldu".

Bu məsələ ilə bağlı açıqlama verən infeksionist Mərdan Əliyev parvovirusun tənəffüs yolları ilə, yəni hava-damcı yolu ilə insandan insana keçdiyini bildirib:

"Özünü qızdırma, yanaq nahiyəsində qızartı, şişkinliklə büruzə verir. Adətən, qızdırma 37-37.5 dərəcəyə qədər yüksəlir. Yüngül gedişli xəstəlikdir. Xroniki xəstəliyi olan şəxslər, əsasən, risk qrupuna daxildir. Eyni zamanda, hamilə qadınlar və yaşlı xəstələrdə ağırlaşmalar müşahidə oluna bilər. Beş yaşına qədər uşaqlarda isə hərarət kifayət qədər yüksələ bilir".

Mərdan Əliyev əlavə edib ki, bu xəstəlik uşaqlardan böyüklərə də keçə bilər: "Böyüklərdə, həmçinin sağlam şəxslərdə, immuniteti yüksək olanlarda simptomsuz müşahidə edilir. Spesifik müalicəsi yoxdur. Simptomatik müalicə aparılır. Bu virusa yoluxan şəxs, adətən, bir həftəyə sağalır".

Parvovirus haqqında əsas məqamlar:

- Yoluxma yolu: Hava-damcı (tənəffüs) vasitəsilə insandan insana keçir.

- Simptomlar:

- Yanaqlarda qızartı və şişkinlik,

- Bədənin müxtəlif hissələrində səpgilər,

- 37-37.5°C arası hərarət.

- Risk qrupları:

- Xroniki xəstəliyi olan şəxslər,

- Hamilə qadınlar,

- Yaşlılar,

- 5 yaşadək uşaqlar.

- Müalicə: Xüsusi müalicəsi yoxdur, simptomlara qarşı yönəlmiş müalicə tətbiq olunur.

- İnkubasiya və sağalma: Yoluxma hallarında adətən bir həftə ərzində sağalma müşahidə olunur.

Valideynlərə tövsiyələr:

- Uşaqlarda qızartı və hərarət olduqda dərhal həkimə müraciət edin.

- Evdə gigiyenik şəraiti qoruyun, uşaqları mümkün qədər ictimai yerlərdən uzaq saxlayın.

- İmmuniteti gücləndirən qidalarla uşağın qidalanmasına diqqət yetirin. https://daylinews-az.com/yeniyetmeler-arasinda-besinci-xestelik-suretle-yayilir-valideynler-ne-etmelidir/

Comments

Popular posts from this blog