

2024-cü il ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya etdiyi “Azerbaijan Rigs” layihəsinin maliyyə dəyərində nəzərəçarpacaq azalma baş verib.
"daylinews-az" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının ARDNF-in 2024-cü il üzrə büdcəsinin icrasına dair təqdim etdiyi rəydə öz əksini tapıb.
838 milyon dollarlıq sərmayənin 55%-i itib
2013–2017-ci illər ərzində sözügedən layihəyə ARDNF tərəfindən ümumilikdə 838 milyon ABŞ dolları həcmində vəsait yönəldilib. Lakin 2024-cü ilin sonunda tərtib olunmuş audit olunmamış maliyyə hesabatlarına əsasən, layihənin bazar dəyəri cəmi 372,5 milyon dollar olaraq qiymətləndirilib. Bu isə təxminən 55 faiz dəyər itkisi deməkdir.
Strategiya və idarəetmə yenidən nəzərdən keçirilməlidir
Qeyd olunur ki, "Azerbaijan Rigs" MMC, Fondun səhmlər alt portfeli çərçivəsində həyata keçirdiyi iri həcmli strateji investisiyalardan biri sayılır. Mövcud maliyyə göstəriciləri fonunda layihənin iqtisadi səmərəliliyi və aktivlərin idarə olunması mexanizmlərinin yenidən qiymətləndirilməsi zəruri hesab olunur. https://daylinews-az.com/?p=8695
Comments
Post a Comment