Tramp Medvedevə xəbərdarlıq edib: “Sözlərinə diqqət etsin! Çox təhlükəli ərazilərə girir”
ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin ünvanına sərt sözlər yönəldib.

daylinews-az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edib.

“Prezidentliyi baş tutmayan, hələ də özünü Rusiya prezidenti hesab edən Medvedevə deyin ki, sözlərinə diqqət etsin! O, çox təhlükəli ərazilərə girir”, – deyə Tramp bildirib.

Xatırladaq ki, yaxın günlərdə Dmitri Medvedev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacağı halda ABŞ-ı müharibə ilə təhdid edib. O, həmçinin qeyd edib ki, Rusiyanın Ukrayna ilə danışıqlar aparıb-aparmayacağına qərar vermək Trampın işi deyil.

Tramp paylaşımında Rusiya və Hindistanla ticarət tariflərinə də toxunub.

Söhbət Rusiya neftini alan ölkələrə, o cümlədən Hindistana qarşı əlavə rüsumların artırılmasından gedir.

“Qoy ölmüş iqtisadiyyatlarını birlikdə məhv etsinlər, mənim vecimə də deyil. Bizim Hindistanla çox az işbirliyimiz var, onların tarifləri çox yüksəkdir, dünyanın ən yüksək tarifləridir. Eynilə, Rusiya və ABŞ da bir-biri ilə demək olar ki, biznes işləri aparmır”, – deyə Tramp əlavə edib. https://daylinews-az.com/tramp-medvedeve-xeberdarliq-edib-sozlerine-diqqet-etsin-cox-tehlukeli-erazilere-girir/

Comments

Popular posts from this blog