Abşeron dairəvi dəmir yolu genişlənir – yeni xətlər və dayanacaqlar gəlir
Abşeron dairəvi dəmir yolu üzrə növbəti illərdə yeni xətlərin istifadəyə verilməsi planlaşdırılır.

Daylinews-az.comun məlumatına görə, bu barədə "ASAN radio"ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov məlumat verib.

Azər Fərəcov bildirib ki, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair dövlət proqramı çərçivəsində bir neçə yeni xətt və dayanacaq istifadəyə veriləcək. Söhbət aşağıdakı dəmir yolu xətlərindən gedir:

- Bakıxanov – Binə – Qala

- Zabrat – Maştağa – Bağlar

- Yeni Suraxanı – Hövsan

Sözügedən istiqamətlər üzrə həm dəmir yolu xətlərinin bərpası, həm də bu xətlər boyunca yeni dayanacaqların istifadəyə verilməsi nəzərdə tutulur. https://daylinews-az.com/?p=8656

Comments

Popular posts from this blog