

Ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticə əldə etmək üçün texnoloji vasitələrdən istifadə edən bir şəbəkə ifşa olunub. Abituriyentlərə mikroqulaqlıq, mikrokamera, mini-telefon, naqil, "Mi-Fi" router kimi gizli texniki avadanlıqlar təqdim edən bu qrup müəyyənləşdirilərək saxlanılıb.
Daylinews-az.comun məlumatına görə, bu şəxslər Dövlət İmtahan Mərkəzinin müraciətindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində tutulub. Faktla bağlı DTX-də cinayət işi açılıb.
Hadisə ilə bağlı məlumatı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz şəxsi sosial şəbəkə hesabında yayıb.
Qeyd olunub ki, bu qanunsuz fəaliyyət nəticəsində bəzi abituriyentlərin imtahan nəticələri ləğv edilib. https://daylinews-az.com/?p=8604
Comments
Post a Comment