

Azərbaycanın təbii qazının 2 avqust 2025-ci il tarixində Türkiyə üzərindən Suriyaya nəqli iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
daylinews-az.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bəyanat verib.
“Azərbaycan təbii qazının 2 avqust 2025-ci il tarixində Türkiyə üzərindən Suriyaya nəqli iki dost xalqın gözlədiyi tarixi hadisədir və ikitərəfli əməkdaşlığın dərinliyini təcəssüm etdirir”, – deyə diplomat vurğulayıb.
Əməkdaşlıq nəticə verməyə başlayıbElnur Şahhüseynov qeyd edib ki, Suriya prezidenti Əhməd əl-Şaraanın 12 iyul tarixində Azərbaycana etdiyi rəsmi səfər və prezident İlham Əliyevlə keçirdiyi görüş ikitərəfli strateji əməkdaşlığın artıq konkret nəticələr verdiyini göstərir.
Yeni administrasiyanın prioritetləriDiplomat həmçinin Suriyanın yeni rəhbərliyinin sosial və iqtisadi problemlərin aradan qaldırılmasına yönəlmiş səylərini də xüsusi vurğulayıb:
“Prezident Əhməd əl-Şaraa başda olmaqla Suriyanın yeni administrasiyası inkişaf dairəsini irəli aparmaq və vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə Suriya xalqının üzləşdiyi bütün problemləri, xüsusilə də iqtisadi problemləri həll etmək üçün davamlı olaraq çalışır”, – deyə o əlavə edib. https://daylinews-az.com/azerbaycan-qazinin-suriyaya-neqli-muveqqeti-isler-vekilinden-tarixi-aciqlama/
Comments
Post a Comment