Hostellərə müşahidə kamerası quraşdırılması məcburi olacaq – Yeni normalar təsdiqləndi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yataqxana və hostellər. Layihələndirmə normaları” adlı sənədi təsdiq edib. Daylinews-az.comun xəbərinə görə, bu qərar Kollegiyanın sədri Anar Quliyev tərəfindən imzalanıb və yeni tələbləri ehtiva edir.

Qərara əsasən, yataqxana və hostellərin yerləşmə tutumu şəhərsalma və tikinti normaları, həmçinin layihə tapşırıqlarına əsasən müəyyən ediləcək. Hostellər tutum baxımından aşağıdakı kimi iki qrupa bölünür:

- Kiçik hostellər – 25 nəfərə qədər

- Böyük hostellər – 25 nəfərdən çox

Yeni normalara əsasən:

- Yataqxanaların və 50-dən çox yerə malik hostellərin giriş-çıxışlarında, mərtəbələrin dəhlizlərində və ictimai-iaşə sahələrində 24 saat işləyən müşahidə kameraları quraşdırılması məcburi olacaq.

Torpaq sahəsi və planlaşdırma üzrə əsas tələblər:

- Hostellər üçün bir sakin üçün minimum torpaq sahəsi müəyyən olunmayıb.

- Yataqxanalar üçün bir nəfərə düşən minimum torpaq sahəsi təyin edilib.

- Yataqxanaların ərazisində uşaq oyun meydançası üçün xüsusi sahə ayrılmalı, meydançalar binaların pəncərəli divarından minimum 12 metr aralıda yerləşməlidir.

Tələbə yataqxanalarına dair əlavə normalar:

- Tələbə şəhərciyi yataqxanalarında ümumi yerlərin 15%-i ailəli tələbələr üçün nəzərdə tutulmalıdır.

- Yataqxanalarda bir nəfər üçün yaşayış sahəsi 10 m²-dən az olmamalıdır.

- Əgər otaqda müstəqil məşğələlər üçün yer nəzərdə tutulursa, bu halda sahə 12 m²-dən az olmamalıdır.

- Yaşayış otaqlarında maksimum 3 nəfərin, qalma müddəti 3 aya qədər olduqda isə ən çox 4 nəfərin yerləşdirilməsi nəzərdə tutulmalıdır.

Eyni zamanda, Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə bu qərarın 3 gün ərzində Ədliyyə Nazirliyinə təqdim olunaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini təmin etmək tapşırılıb. https://daylinews-az.com/?p=8645

Comments

Popular posts from this blog