

Sumqayıt şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi insan itkisi ilə nəticələnib. Daylinews-az.comun məlumatına əsasən, hadisə zamanı bir nəfər dünyasını dəyişib, daha bir nəfər isə xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin portalının sorğusuna verdiyi cavabda fakt təsdiqlənib. Bildirilib ki, yol qəzası iyulun 29-u, saat 00:25 radələrində Sahil küçəsində qeydə alınıb.
Verilən məlumata görə:
- Restoranlardan birindən çıxan "Lexus" markalı, 90-SS-344 dövlət nömrə nişanlı avtomobili idarə edən İlqar Quliyev, Əlfəddin Əbdülhəsənovun sürdüyü "KIA Optima" (99-UJ-848) ilə toqquşub.
- Qəza nəticəsində "KIA Optima"nın sərnişini, Günel Hüseynova aldığı ciddi xəsarətlər səbəbilə hadisə yerində dünyasını dəyişib.
- Avtomobilin sürücüsü Əlfəddin Əbdülhəsənov isə yüngül bədən xəsarətləri alıb.
Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. https://daylinews-az.com/sumqayitda-lexus-ve-kia-toqqusdu-bir-nefer-oldu-biri-yaralandi/
Comments
Post a Comment