

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev, ölkəsinin Azərbaycanın dəstəyini və mövqeyini yüksək qiymətləndirdiyini bildirib.
daylinews-az.com xəbər verir ki, diplomat bu barədə qələmə aldığı məqaləsində fikirlərini bölüşüb.
“Biz Ukraynada Azərbaycanın ölkəmizin suverenliyi və ərazi bütövlüyünə əsaslanan mövqeyini, habelə bizə göstərdiyi dəstəyini yüksək qiymətləndiririk”, – deyə səfir vurğulayıb.
Azərbaycan-Ukrayna tərəfdaşlığı: strateji və çoxşaxəliYuri Husev qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq energetika, iqtisadiyyat, humanitar və strateji sahələr daxil olmaqla müxtəlif istiqamətlərdə özünü göstərir.
“Bu gün biz Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla birlikdə ədalətli sülh və təhlükəsizlik hüququ uğrunda mübarizə aparırıq. Ölkələrimizi məhz beynəlxalq münasibətlərdə formalaşan yeni reallıqlar şəraitində təkcə gücün deyil, tərəfdaşlarımız və xalqımız qarşısında səmimi olmanın da vacibliyi anlamağımız birləşdirir”, – deyə diplomat əlavə edib.
Humanitar hüquq və müharibə: Ukraynanın mövqeyiSəfir həmçinin Rusiya ilə müharibə kontekstində Ukraynanın beynəlxalq humanitar hüquqa tam əməl etdiyini vurğulayıb.
“2024-cü ilin dekabrında Müdafiə Nazirliyi bununla bağlı hesabat təqdim edib. Könüllülük xarakteri daşıyan və analoqu olmayan bu milli sənəddə beynəlxalq humanitar hüquqa riayət olunması 50-dən çox praktik nümunə ilə göstərilib. Eyni zamanda mülki əhalinin döyüş əməliyyatları zonasından təxliyəsi, onların məlumatlandırılması yolları da hesabatda öz əksini tapıb. Bütün bunlarla birlikdə sənədin mətnində əsirlərlə humanitar səviyyədə davranışın örnəkləri də yer alıb. Biz müharibə aparsaq da işğalçının səviyyəsinə enmirik”, – deyə Husev qeyd edib.
O bildirib ki, Ukrayna piyada əleyhinə minalardan yalnız müdafiə məqsədilə, məhdud miqyasda istifadə edir və bu, BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsaslanır.
“Etiraf etməliyik ki, bu gün Ukraynanın qarşısında ekzistensional çağırışlar dayanıb. Piyada əleyhinə minalardan istifadə bizə xüsusilə də Şimali Koreya kimi üçüncü ölkələrdən düşmən tərəfin ardı-arası kəsilməyən həmlələri qarşısında işğalçıya qarşı effektiv müdafiə məsələsində bizə effektiv müdafiəni həyata keçirməyə imkan verir”, – deyə səfir vurğulayıb.
Ottava Konvensiyasının dayandırılması: məcburi addımSəfir Ukrayna tərəfindən Ottava Konvensiyasının (piyada əleyhinə minaların qadağan olunması haqqında saziş) qüvvəsinin dayandırılmasına da toxunub.
“Bu qərar məcburi olsa da bizi terrorçu dövlətin sürüklədiyi müharibə şəraitində atılmalı olan zəruri bir addımdır”, – deyə diplomat məqaləsində bildirib. https://daylinews-az.com/ukrayna-sefiri-azerbaycanin-desteyini-yuksek-deyerlendiririk/
Comments
Post a Comment