Netflix tarixində ən populyar film: “K-pop İblis Ovçuları”
Animasiya-musiqili film “K-pop İblis Ovçuları” (K-pop Demon Hunters) Netflix tarixində ən populyar layihə olub. İyun ayında yayımlanan filmin baxış sayı artıq 236 milyonu keçib.

Bununla da film bir neçə il ardıcıl liderlik edən məşhur “Red Notice” komediyasını geridə qoyub.

Layihənin uğurları bununla bitmir: filmdə səslənən treklər Spotify-da ən çox dinlənilənlərdən olub, Golden adlı sinql isə Billboard Hot 100 çartında zirvəyə yüksəlib. Saundtreklərin populyarlığından yararlanan yaradıcılar filmin karaoke-versiyasını buraxaraq artıq 18 milyon dollar qazanıblar.

https://www.youtube.com/watch?v=AzCAwdp1uIQ

Film haqqında nə məlumdur?

“K-pop İblis Ovçuları” Sony Pictures Animation tərəfindən çəkilib və 20 iyun 2025-ci ildə Netflix-də yayımlanıb. Rejissorlar Meşşi Kanş və Kris Appelhans, ssenaristlər isə Anna MakMiken və Danya Ximenesdir.

Süjet hadisələri uydurma K-pop qrupu Huntr/x üzvləri ətrafında cərəyan edir. Əfsanəyə görə, Koreya xalqını qədimdən bəri ruhları oğurlayan və onları cəhənnəm hökmdarı Gvi-Maya təqdim edən iblislər təhdid edir. Onlarla yalnız “honmun” adlı qoruyucu pərdə yaradan xüsusi mahnılar vasitəsilə ovçular mübarizə apara bilər. Bu güc nəsildən-nəslə ötürülür və indi Huntr/x qrupunun gənc qızlarına düşüb.

Qrupun lideri Rumi atasından aldığı iblis qanını gizlətməyə çalışsa da, bədənində izlər getdikcə artır. Paralel olaraq, iblislər öz “boyz-band”larını – Saja Boysu yaradır və məşhurluq qazanaraq honmunu zəiflədirlər. Mübarizə fonunda Rumi ilə iblislərin lideri arasında gözlənilmədən romantik hisslər yaranır.

Huntr/x zəifləsə də, Rumi və komandası final döyüşündə Saja Boys və Gvi-Ma üzərində qələbə qazanır. Baş qəhrəmanlara Arden Ço, An Hyo-seop, Mei Hong, Chi-Yeon Yoo və Yujin Kim səs verib. Film Rotten Tomatoes-da demək olar ki, ideal nəticə əldə edib: tənqidçilərdən 97%, tamaşaçılardan isə 99% müsbət rəy. https://daylinews-az.com/netflix-tarixinde-en-populyar-film-k-pop-iblis-ovculari/

Comments

Popular posts from this blog