Qlobal sensasiya: həkimlər ilk dəfə insana donuz ağciyəri köçürüb
Çin cərrahları tibbdə inqilabi nailiyyət əldə ediblər – tarixdə ilk dəfə genetik modifikasiya olunmuş donuz ağciyəri insana uğurla köçürülüb.

Çin alimləri ksenotransplantasiya sahəsində mühüm addım ataraq, genetik dəyişiklik edilmiş donuz ağciyərinin insana köçürülməsini reallaşdırdılar. Əməliyyata doktor Cianxin He rəhbərlik edib. Təcrübə donor orqan çatışmazlığını aradan qaldırmaq üçün yeni imkanlar açır.

Bu barədə Nature Medicine məlumat yayıb.

39 yaşlı, beyin qanaxmasından sonra beyin ölümü diaqnozu qoyulmuş kişiyə donordan götürülmüş və 6 genetik dəyişiklik edilmiş ağciyər köçürülüb. Orqan 216 saat (9 gün) ərzində fəaliyyət göstərib və bu, əvvəllər əsas maneə sayılan hiperiti sürətli rədd olunma riskini qismən aradan qaldırıb.

Əməliyyatdan sonrakı çətinliklər

Uğura baxmayaraq, bəzi fəsadlar da qeydə alınıb. İlk sutkada güclü ödem müşahidə olunub, üçüncü və altıncı günlərdə isə anticisimlər səbəbindən orqanın rədd olunma reaksiyası baş verib. Bununla belə, doqquzuncu günə vəziyyət qismən stabilləşib.

Pasiyent güclü immunosupressiv terapiya altında saxlanılıb – bir neçə dərmandan ibarət kombinasiyalarla immun sistemin orqanı rədd etməsi azaldılıb.

Bu təcrübə donuz ağciyərinin insana köçürülməsinin mümkün olduğunu sübut edir. Lakin alimlər qeyd edir ki, klinik praktikada tətbiqdən öncə hələ çoxlu araşdırmalar lazımdır – xüsusilə orqanın rədd olunması və infeksiyalarla bağlı problemlər qalır.

Bu kəşf dünyada transplantasiya gözləyən milyonlarla insana ümid verir və ksenotransplantasiyanın real alternativ ola biləcəyini göstərir. https://daylinews-az.com/?p=9446

Comments

Popular posts from this blog