Bryus Uillis xəstəliyinə görə ayrıca evə köçürüldü
Hollivud ulduzu Bryus Uillis, irəliləyən demensiya diaqnozu səbəbilə ayrıca evə yerləşdirilib. Burada ona 24 saatlıq tibbi dəstək göstərilir.

Bu barədə aktyorun həyat yoldaşı, britaniyalı aktrisa Emma Heminq ABC kanalına verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, Uillisin ümumi sağlamlıq vəziyyəti pis deyil, lakin beyninin fəaliyyəti tədricən zəifləyir. Xəstəliyin ilk mərhələlərində Bryus çəkilişlərdə replikalarını unudurdu və yaxınları ilə ünsiyyətdə daha soyuq davranırdı.“Biz ünsiyyət tərzimizi dəyişdirməyi öyrəndik və indi onunla başqa cür danışırıq”, – deyə Heminq əlavə edib.

Emma qeyd edib ki, aktyorda hələ də əvvəlki Uillisdən “kiçik işartılar” qalır. Lakin ailə onun vəziyyətini nəzərə alaraq onu təkmərtəbəli evə köçürüb. Orada aktyor üçün hərəkət etmək rahatdır və həkimlər daimi nəzarət edir.

Bryus Uillisin xəstəliyi

2022-ci ilin əvvəlində aktyor rəsmi şəkildə karyerasını bitirdiyini açıqlamışdı. Tezliklə onun səhhəti ilə bağlı şayiələr yayıldı. Bir il sonra ailəsi “demensiya” diaqnozunu təsdiqlədi.

2023-cü ilin noyabrında isə xəstəliyin sürətlə irəlilədiyi barədə məlumatlar ortaya çıxdı. Son iki ildə Bryus nadir hallarda evindən kənara çıxır. Onu tez-tez övladları və ilk həyat yoldaşı Demi Mur ziyarət edir. https://daylinews-az.com/?p=9406

Comments

Popular posts from this blog