Messinin 11 dəqiqəyə dublu Inter Mayamini finala çıxardı
"Inter Mayami" evdə keçirilən Liqa Kubokunun yarımfinalında "Orlando Siti" üzərində əzmkar qələbə qazandı – 3:1.

Komandanın kapitanı Lionel Messi 77-ci dəqiqədə penaltidən, 88-ci dəqiqədə isə oyundan qol vuraraq dubl etdi. Son qolu isə Luis Suaresin ötürməsindən Venesuela yarımmüdafiəçisi Telasko Seqoviya (90+1) vurdu. Qonaqlardan yeganə qolu 45+1-ci dəqiqədə Marko Paşaliç fərqləndi. 75-ci dəqiqədə Orlando müdafiəçisi David Brekalo qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu.

Bu oyun Messinin cari mövsümdə Liqa Kubokunda vurduğu ilk qollar oldu. 38 yaşlı argentinalı ümumilikdə bu mövsüm "Inter Mayami"nin heyətində 26 oyunda 22 qol və 10 asistlə yadda qalıb, komandanın ən yaxşı bombardiri sayılır.

Finalda "Inter Mayami" "Sietl Saunders"lə qarşılaşacaq. ABŞ klubu yarımfinalda "Los-Anceles Qalaksi"ni 2:0 hesabı ilə məğlub edib. Görüş sentyabrın 1-nə keçən gecə Sietldə keçiriləcək və Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.

Həm "Inter Mayami", həm də "Sietl Saunders" üçün bu Liqa Kubokunda ikinci final olacaq. 2021-ci ildə "Sietl" meksikalı "Leon"a 2:3 hesabı ilə uduzmuşdu, 2023-cü ildə isə "Inter Mayami" "Neşvill"i penaltilərdə məğlub etmişdi (1:1, pen. 10:9). https://daylinews-az.com/?p=9425

Comments

Popular posts from this blog