

Misli Premyer Liqasının III turunda "Qarabağ" "Karvan-Yevlax" üzərində qələbə qazanıb. Şamaxı şəhər stadionunda keçirilən matçda Azərbaycan çempionu 2:0 hesabı ilə üstün olub.
Hesabı 11-ci dəqiqədə Elvin Yunuszadə öz qapısına top göndərməklə açıb. 72-ci dəqiqədə Emmanuel Addai yekun nəticəni müəyyənləşdirib. Ağdam klubu mövsümdə ilk qalibiyyətini qazanaraq 3 xala sahib olub. Yevlax komandası isə 4 xalda qalıb.
Qeyd edək ki, III turun digər oyunlarında "Turan Tovuz" "Neftçi"ni 1:0, "Zirə" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" isə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. "Sumqayıt" - "Şamaxı" görüşü 1:1 hesabı ilə başa çatıb. https://daylinews-az.com/?p=9478
Comments
Post a Comment