Azərbaycan neftinin qiyməti bir daha enib
0,10% azalaraq 69,46 ABŞ dollarına düşüb. Türkiyənin Ceyhan limanında FOB bazasında satılan “Azeri Light” neftinin bir barelinin dəyəri isə 0,07 dollar azalaraq 67,92 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Büdcə proqnozlarına əsasən, 2025-ci ildə Azərbaycan dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları ilə nəzərdə tutulmuşdu. Lakin cari qiymətlər bu göstəricidən aşağıdır. Digər bir göstərici, “Brent” markalı neftin noyabr fyuçerslərinin bir bareli hazırda 66,75 ABŞ dolları səviyyəsindədir.

Xatırladaq ki, “Azeri Light”ın tarixdə ən aşağı göstəricisi 2020-ci ilin aprelində 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub. Azərbaycanın əsas neft hasilatı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əldə edilir və SOCAR-ın bu layihədə payı 31,65% təşkil edir. https://daylinews-az.com/azerbaycan-neftinin-qiymeti-bir-daha-enib/

Comments

Popular posts from this blog