Yaxın günlərdə daha bir peşə tanınması imtahanı təşkil olunacaq
2025-ci ilin növbəti peşə tanınması imtahanı sentyabrın 29-u saat 11:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron imtahanlar korpusunda keçiriləcək.

Müraciət edənlərin imtahan iştirakını təmin etmək məqsədilə müvafiq siyahı artıq DİM-ə təqdim olunub. Qeyd olunur ki, imtahan barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə və mobil telefonlarına SMS vasitəsilə çatdırılıb. Eyni zamanda, imtahana buraxılış vərəqəsi 23 sentyabrdan etibarən DİM-in rəsmi saytında yerləşdirilib. İmtahanda iştirak edən şəxslər vərəqəni özləri ilə gətirməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, vaxtı və digər vacib məlumatlar göstərilir.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq və hər düzgün cavab bir bal qazanmaq deməkdir. Səhv və ya cavabsız qalan suallar üçün isə bal verilmir. İmtahanda müvəffəqiyyət əldə etmək üçün ən azı 15 bal toplamaq, yəni 30 sualdan yarısını doğru cavablandırmaq kifayətdir.

Xarici dövlətlərin ali təhsil sənədlərinin tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli fərmanına əsasən “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” ilə tənzimlənir. Bu qaydalara əsasən, müəllimlik, mühəndislik, hüquq və digər əlaqəli ixtisaslar üzrə peşə tanınması imtahanı Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tərtib edilmiş siyahıya uyğun olaraq DİM tərəfindən icra edilir. İmtahandan uğurla keçənlərə müvafiq peşə ixtisası üzrə şəhadətnamə verilir. https://daylinews-az.com/yaxin-gunlerde-daha-bir-pese-taninmasi-imtahani-teskil-olunacaq/

Comments

Popular posts from this blog