Bakıda ağır yol qəzası: sürücü həyatını itirdi
Bakının Nizami rayonu, Babək prospektində baş verən ağır yol-nəqliyyat hadisəsi sürücünün ölümü ilə nəticələnib.

Daylinews-az.com-un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, hadisə "Babək" körpüsünün üzərində qeydə alınıb. "112" qaynar xəttinə daxil olan məlumata əsasən, qəza zamanı sürücülərdən biri avtomobildə sıxılı vəziyyətdə qalıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Əməliyyat zamanı məlum olub ki, qəza "Chevrolet Aveo" markalı minik avtomobilinin iştirakı ilə baş verib. Avtomobil deformasiyaya uğrayıb və sürücü çıxmaq imkanı olmayıb.

Xilasedicilər xüsusi avadanlıqlar vasitəsilə avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin – 1996-cı il təvəllüdlü Allahverdi Məmməd oğlu Məmmədlinin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hazırda hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. https://daylinews-az.com/bakida-agir-yol-qezasi-surucu-heyatini-itirdi/

Comments

Popular posts from this blog