FIFA DÇ-2026 üçün talismanları təqdim edib
FIFA 2026-cı il futbol üzrə dünya çempionatının rəsmi maskotlarını ictimaiyyətə təqdim edib. Məlumata görə, mundial Kanada, ABŞ və Meksikada baş tutacaq və hər maskot ev sahibi ölkəni simvolizə edir:

- Kanada – qapıçı sığın Meypl

- Meksika – hücumçu yaquar Zayu

- ABŞ – müdafiəçi ağbaş qartal Klatç

Beləliklə, hər üç talisman öz ölkəsinin təbiətini və mədəniyyətini əks etdirərək turnirə xüsusi rəng qatacaq.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək və ilk dəfə olaraq turnirdə 48 komanda mübarizə aparacaq. https://daylinews-az.com/fifa-dc-2026-ucun-talismanlari-teqdim-edib/

Comments

Popular posts from this blog