Ousman Dembelé “Qızıl top”un sahibi oldu
Futbol dünyasının ən nüfuzlu fərdi mükafatı — “Qızıl top”un qalibi bəlli olub. “Paris Sen-Jermen”in və Fransa millisinin hücumçusu Ousman Dembelé 2025-ci ilin ən yaxşı futbolçusu seçildi.

Səsvermədə ikinci yeri “Barselona”nın gənc ulduzu Lamin Yamal tutdu. 18 yaşlı istedadlı futbolçu həm də gələcəyin böyük ümidlərindən biri kimi Raymond Kopa mükafatına — 21 yaşadək ən yaxşı gənc oyunçu adına layiq görüldü.

Üçüncü pillədə isə Dembelénin komanda yoldaşı, Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinya qərarlaşdı.

28 yaşlı Dembelé üçün bu uğurlu mövsüm oldu: o, PSJ ilə Fransa çempionluğu və kubokunun yanı sıra UEFA Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb, həmçinin Klub Dünya Çempionatının finalına yüksəlib.

Dembelé bununla “Qızıl top” qazanan altıncı fransız futbolçu kimi tarixə düşdü. Ondan əvvəl bu şərəfə Raymond Kopa (1958), Mişel Platini (1983, 1984, 1985), Jan-Pyer Papen (1991), Zinəddin Zidan (1998) və Karim Benzema (2022) nail olmuşdular. https://daylinews-az.com/ousman-dembele-qizil-topun-sahibi-oldu/

Comments

Popular posts from this blog