Rihanna üçüncü dəfə ana oldu: qızının adını açıqladı
Məşhur dünya ulduzu Rihanna və onun həyat yoldaşı A$AP Rocky üçüncü dəfə valideyn olublar. Bu dəfə Barbadoslu müğənni qız övladı dünyaya gətirib. Rihanna sosial şəbəkə hesabında körpəsinin ilk fotolarını paylaşıb və qızının adını açıqlayıb. Uşağa Rocky Irish Mayers adı verilib.

Müğənni hamiləlik ərəfəsində verdiyi müsahibədə həmişə qız övladı istədiyini etiraf etmişdi. O, "Bütün hallarda xoşbəxt olacağam, çünki uşaqlar Tanrının hədiyyəsidir" – deyə bildirib.

Rihanna hamiləliyini rəsmi şəkildə Met Gala 2025 tədbirində nümayiş etdirmişdi. Həmin vaxt A$AP Rocky də gecənin həmsədri olub. Reper o zaman emosional çıxış edərək, üçüncü dəfə ata olmağın "möhtəşəm bir hiss" olduğunu söyləyib.

Cütlüyün ilk iki övladı oğlandır: 2022-ci ildə Rza, 2023-cü ildə isə Riot Rose dünyaya gəlib. İndi isə ailə yeni üzv – sevimli qızları ilə daha da böyüyüb. https://daylinews-az.com/rihanna-ucuncu-defe-ana-oldu-qizinin-adini-aciqladi/

Comments

Popular posts from this blog