

“OBA” marketlər şəbəkəsi startap və innovasiyaların inkişafını dəstəkləmək məqsədilə “SİD” (Startap, İnnovasiya və Dəstək) adlı yeni layihəni təqdim edib. Bu, pərakəndə satış sahəsində həyata keçirilən ilk kompleks innovasiya proqramıdır və məqsədi daxili və xarici innovativ ideyaların reallaşdırılmasına yardım göstərməkdir. Layihə “Sənin İdeyan Dəstəklənir” şüarı ilə yaradıcı təşəbbüslərin inkişafına şərait yaradır və “OBA”nın əməliyyatlarının təkmilləşdirilməsi üçün innovativ həllər hazırlanmasını hədəfləyir.
“SİD” layihəsi iki əsas istiqamətdə fəaliyyət göstərir: daxili proqram — OBA Intrapreneurship və xarici proqram — İnnovativ Həllər Marafonu. Daxili proqram şirkət əməkdaşları üçün əlverişli platforma kimi nəzərdə tutulub, burada onlar öz ideyalarını inkişaf etdirib həyata keçirə bilərlər. İnnovativ Həllər Marafonu isə startap komandaları, mütəxəssislər və yaradıcı fərdlər üçün açıq müsabiqədir. Bu müsabiqədə real biznes problemlərinə yönəlmiş texnoloji və innovativ həllər təqdim olunur. Layihə müddətində iştirakçılar mentor dəstəyi alır, prototip hazırlayır və yekun təqdimatlarda öz ideyalarını münsiflər heyətinə təqdim edir.
Müsabiqənin əsas meyarları sırasında problemin aktuallığı, innovativlik, iqtisadi səmərəlilik və texnoloji əsaslılıq yer alır. Ümumilikdə 10 min manat məbləğində mükafat fondu nəzərdə tutulub. “SİD” layihəsi OBA-da innovasiya mədəniyyətini gücləndirir və əməkdaşların yaradıcı potensialını üzə çıxarır, şirkəti regionda innovasiya yönümlü biznes mərkəzinə çevirməyi hədəfləyir. Eyni zamanda, yeni tərəfdaşlıq və əməkdaşlıq imkanlarının yaranmasında da mühüm rol oynayır.
Layihə ilə bağlı daha ətraflı məlumatı startap saytında əldə etmək mümkündür: https://startup.oba.com.az/ https://daylinews-az.com/?p=10132
Comments
Post a Comment