Ağdaşda ilk Heyva Festivalı uğurla keçirilib
Ağdaş rayonunda ilk dəfə olaraq Heyva Festivalı təşkil olunub. Milli Məclisin deputatları, Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının təmsilçiləri, habelə geniş ictimaiyyət iştirak edib.

Festivalın açılış mərasimi şəhərin Heydər Əliyev meydanında gerçəkləşib. Çıxış edənlər bu tədbirin rayonun sosial-iqtisadi və mədəni həyatında mühüm əhəmiyyət kəsb etdiyini və festival müddətində görülən işlərin dəyərindən danışıb.

Festival çərçivəsində yerli heyva məhsulları, kulinariya nümunələri ilə yanaşı, dulusçuluq, keramika, xalçaçılıq və dekorativ toxuculuq işləri sərgilənib. Eyni zamanda, eko-art və ebru sənətinin nümayişi, körpələr evi-uşaq bağçalarının azyaşlı uşaqları tərəfindən bədii kompozisiyanın təqdimatı böyük maraq doğurub.

Tədbir zamanı robot texnikası, STEAM layihələri, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sərgiləri, floristika, rəsm və plener guşələri də iştirakçılara təqdim olunub. Həmçinin idmançıların və kəndirbazların çıxışları, sahibkarlıq subyektlərinin məhsulları festival iştirakçılarının diqqətini cəlb edib.

Heyva Festivalı konsert proqramı ilə yekunlaşıb və bu unikal tədbir bölgədə mədəni həyatın zənginləşməsinə öz töhfəsini verib. https://daylinews-az.com/agdasda-ilk-heyva-festivali-ugurla-kecirilib/

Comments

Popular posts from this blog