

Azərbaycanın tanınmış cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyev gənc paracüdoçularla birgə məşqlərə qatılıb. Bu təşəbbüs Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Cüdo Federasiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
MPK-nın mətbuat xidmətinin daylinews-az.com-a verdiyi məlumata görə, bu layihənin əsas məqsədi yeni paracüdoçu nəslinin formalaşdırılması və onların beynəlxalq arenada ölkəmizi uğurla təmsil etməsinə şərait yaratmaqdır. Məşqlərdə olimpiyaçılarla birgə təcrübə mübadiləsi aparılır, gənclərə texniki və psixoloji hazırlıq baxımından dəstək verilir.
Olimpiyaçılardan motivasiya
Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyev gənc idmançılarla təcrübələrini bölüşərək onların peşəkar inkişafına dəstək olublar. Belə birgə məşqlərin gələcəkdə davamlı şəkildə təşkil olunacağı və paracüdoçuların hazırlıq prosesinə müsbət təsir göstərəcəyi vurğulanıb. https://daylinews-az.com/hidayet-heyderov-ve-zelim-kotsoyev-genc-paracudocularla-birge-mesq-etdi/
Comments
Post a Comment