Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet alınması qaydalarında yenilik
Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin axınının artması və reyslərin vaxtında yola düşməsinin təmin olunması məqsədilə bilet satış prosesində dəyişiklik edilib.

Yeni qaydalara əsasən, şəhərlərarası və rayonlararası reyslər üzrə biletlər avtobusların yola çıxmasına 15 dəqiqə qalmışadək satıla bilər. Avtobus yola çıxa biləcək vaxtdan az müddət qalıbsa, biletlər növbəti reyslər üçün təqdim olunur. Bu qaydalar həm "biletim.az" portalı, həm də avtovağzal kassalarından əldə olunan biletlərə şamil edilir.

Hazırda bu təcrübə digər şəhər və rayon avtovağzallarında tətbiq olunmur. Sərnişinlərdən xahiş olunur ki, bilet almadan əvvəl avtovağzala vaxtında gəlmələrinə diqqət yetirsinlər.

Qeyd edək ki, biletləri kassaya getmədən öncədən və rahat şəkildə almaq üçün "biletim.az" internet platformasından faydalanmaq tövsiyə olunur. Bu yolla sərfəli qiymətə daha rahat yer seçmək imkanı əldə edilir. https://daylinews-az.com/baki-beynelxalq-avtovagzal-kompleksinde-bilet-alinmasi-qaydalarinda-yenilik/

Comments

Popular posts from this blog