Naxçıvanda
Bu gün Naxçıvan şəhərində "Gələcəyin Peşələri Sammiti" adlı tədbir təşkil olunub. Sammit Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, eləcə də digər rəsmi şəxslər və gənclər iştirak ediblər.

Sammitin əsas mövzuları əmək bazarının gələcək tələbləri, innovativ sahələrdə peşələrin formalaşması və rəqəmsal bacarıqların inkişafı ilə bağlıdır. İştirakçılar bu sahədə qarşıda duran çağırışları müzakirə edir, gənclərin peşə seçimində yeni dövrün tələblərinə uyğun istiqamətləndirilməsi üçün fikir mübadiləsi aparırlar.

Tədbir iştirakçıları qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsi ilə bağlı təkliflərini də diqqətə çatdırıblar. https://daylinews-az.com/naxcivanda-geleceyin-peseleri-sammiti-kecirilib/

Comments

Popular posts from this blog