

Emblem — futbol klubunun siması və vizit kartıdır. Elə buna görə də o, oyunçuların və azarkeşlərin ürəyinə daha yaxın olan, cersinin sol hissəsində yerləşir. Qələbə anlarında futbolçular emblemə öpüş göndərir və onu rəqib komandanın azarkeşlərinə nümayişkaranə şəkildə göstərirlər ki, kiminlə üz-üzə olduqlarını bilsinlər.
Loqo hazırlanarkən dizaynerlər tez-tez regional memarlıq simvollarından istifadə edirlər ki, bu da mədəni irsin əhəmiyyətini və komandanın uzunillik tarixini vurğulamaq məqsədi daşıyır. Qlobal mərc şirkəti 1xBet ən məşhur klubların emblemlərini diqqətlə araşdırıb və sübut etməyə hazırdır ki, memarlıq və futbol eyni komandada oynayır.
Paris Sen-Jermen
Çempionlar Liqası Kubokunun hazırkı sahibi və Liqa 1-in ən titullu klublarından biri Fransa paytaxtını futbol meydanında təmsil etmək imkanından qürur duyur. Paris Sen-Jermen-in embleminin mərkəzində Parisin memarlıq simvolu olan Eyfel qülləsinin qırmızı silueti əks olunub.
Maraqlıdır ki, 46 illik fasilədən sonra Fransa futbolunun elitasına Paris FK də qayıdıb və onun embleminin üzərində də Eyfel qülləsini görmək mümkündür. Gələcək paytaxt derbisinin baxımlılığına və prinsipial xarakter daşıyacağına heç bir şübhə yoxdur – bizi tarix və mavi rəngləri daşımaq haqqı uğrunda gərgin mübarizə gözləyir!
Atletik Bilbao
Atletikin emblemi əsl memarlıq albomuna çevrilib: onu əsas körpü, San-Anton kilsəsi, Müqəddəs Andrey xaçı və Gernika ağacı bəzəyir. Bu simvollar təsadüfi seçilməyib – onlar Bask diyarının ruhunu və tarixini əks etdirir. Emblemdə Bilbao şəhərinin və Biskayya vilayətinin gerblərinin əsas elementləri birləşdirilib.
Atletik təkcə embleminin dizaynı ilə deyil, həm də komandanın formalaşdırılması üzrə qeyri-adi siyasəti ilə ənənələrə sadiqliyini vurğulayır: qırmızı-ağ formanı yalnız Bask diyarında doğulmuş və ya böyümüş futbolçular geyməyə layiqdir.
Əl-Ayn
Birləşmiş Ərəb Əmirliklərində də həm futbol oynamağı, həm də əsrlərlə formalaşmış ənənələri uca tutmağı bacarırlar. Əl-Ayn klubunun embleminin üzərində BƏƏ-nin banisi və ilk prezidenti Şeyx Sultan bin Zayed bin Sultan Əl Nəhyana məxsus olmuş Əl-Yahili qalası təsvir olunub.
Bu memarlıq simvolu ilk dəfə 1980-ci ildə klubun loqosunda yer alıb və bütün rəqiblərə səslənən gur bir bəyanata çevrilib: «Bizim stadion – alınmaz qaladır». Əl-Ayn Səudiyyə Ərəbistanından olan qonşuları qədər transferlərə çox pul xərcləmir, lakin bu, klubun BƏƏ-də ən titullu komanda olmasına və iki dəfə AFC Champions League Elite kubokunu qazanmasına mane olmayıb.
Tuluza
1xBet online mərclərində iştirak edənlərdən fərqli olaraq, Le Téfécé böyük qələbələr tarixilə öyünə bilmir. Tuluza Liqa 1-i heç vaxt qazanmayıb, lakin orijinal bənövşəyi rəngləri və yakobin monastırının zəng qülləsini təsvir edən zərif emblemi ilə seçilir. Bu, sadəcə bir qüllə deyil — Fransanın cənub-qərb sakinləri üçün mühüm dini simvoldur. Qotik üslublu monastır orta əsrlərin ruhunu yaşadır və insanda Tuluzaya ilk baxışdan məhəbbət oyadır.
Keln
Kelnin emblemi memarlıq qürurunun əsl təcəssümüdür. Onun üzərində məşhur qüllələri ilə tanınan Keln kilsəsi və klubun illərdir talismanı olan, həmçinin şəhərin simvoluna çevrilmiş Hennes adlı keçi təsvir olunub. https://daylinews-az.com/saraylar-korpuler-ve-mebedler-futbol-klublarinin-emblemlerinde-hansi-memarliq-simvollari-tesvir-olunur/
Comments
Post a Comment