Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq
Milli Məclisin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Yeni layihənin əsas məqsədi enerji effektivliyi sahəsində dövlət nəzarətini gücləndirmək və informasiya təminatını təkmilləşdirməkdir.

Qanuna əlavə edilən maddələrə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum enerji effektivliyi informasiya sistemi üzərindən aşağıdakı funksiyaları həyata keçirəcək:

- enerji resurslarından səmərəli istifadənin nəzarəti,

- enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması,

- onların fəaliyyətinə nəzarət,

- enerji effektivliyi ilə bağlı maarifləndirmə və informasiya təminatı,

- effektivlik potensialının qiymətləndirilməsi,

- binaların enerji effektivliyi üzrə pasportlaşdırılması,

- məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektləri və qeyri-yaşayış binalarının siyahısının hazırlanması,

- enerji effektivliyi xidmətlərinin icraçılarının siyahısı və sahənin mövcud vəziyyəti ilə bağlı hesabatların yerləşdirilməsi.

Qanun layihəsi bu dəyişikliklərlə enerji sektorunun şəffaflığının artırılmasına və davamlı inkişafına zəmin yaradacaq. https://daylinews-az.com/enerji-effektivliyi-informasiya-sistemi-yaradilacaq/

Comments

Popular posts from this blog